Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 2026-cı ilin ilk doqquz ayında 9 milyard ABŞ dollarını keçib.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda italiyalı həmkarı Antonio Tayani ilə birgə mətbuat konfransında deyib.
“İtaliya ticarət dövriyyəsinə görə Azərbaycanın bir nömrəli tərəfdaşıdır. 2025-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 12 milyard ABŞ dolları olub”, – nazir bildirib.
Bayramovun sözlərinə görə, Azərbaycanda qeydiyyatdan keçmiş 167 İtaliya şirkətindən 124-ü hazırda fəaliyyət göstərir. Bakıda keçirilən Azərbaycan–İtaliya biznes forumuna isə iki ölkədən 200-ə yaxın şirkət qatılıb.