Azərbaycanda ən çox boşanma qeydə alınan şəhər və rayonların siyahısı

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 15 030 boşanma halı qeydə alınıb.

Dövlət Statistika Komitəsinə istinadla, boşanmaların sayına görə ilk sırada Bakının Xətai rayonu qərarlaşıb.

Belə ki, hesabat dövründə rayonda 651 boşanma qeydə alınıb.

Ən çox boşanma qeydə alınan şəhər və rayonların siyahısı belədir:

Xətai rayonu – 651

Sumqayıt şəhəri – 621

Yasamal rayonu – 556

Gəncə şəhəri – 499

Binəqədi rayonu – 478

Abşeron rayonu – 464

Suraxanı rayonu – 427

Nərimanov rayonu – 423

Ağdam rayonu – 416

Sabunçu rayonu – 403

Bakı şəhəri üzrə ümumilikdə 4 358 boşanma qeydə alınıb. İlk onluqda yer alan şəhər və rayonların payına ölkə üzrə boşanmaların 32,9 faizi düşüb.

Qeyd edək ki, 2026-cı ilin ilk doqquz ayında ölkə üzrə boşanmaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 450 fakt və ya 2,9 faiz azalıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə ölkədə 31 085 nikah da qeydə alınıb.

Fəridə, Bizim.Media