Məşhur aparıcı qəzaya düşdü: 4 aylıq körpəsi də avtomobildə idi

Kanal D telekanalının xəbər aparıcısı Merve Dinçkol Şerifoğlu İstanbulda qəzaya düşüb.

Hadisə TEM avtomobil yolunda (red. - Türkiyədə yerləşən əsas magistral yollardan biri) baş verib. Aparıcının idarə etdiyi avtomobilə arxadan gələn yük maşını çırpılıb. Qəza zamanı maşında Merve ilə yanaşı, onun 4 aylıq qızı Defne Yaz, anası və dayəsi də olub.

Toqquşma nəticəsində minik avtomobilinə ciddi ziyan dəysə də, içərisində olan şəxslər xəsarət almayıb.

Hadisə zamanı Rizədə olan aparıcının həyat yoldaşı, aktyor Feyyaz Şerifoğlu qəza xəbərini eşidən kimi İstanbula qayıdıb.

Qeyd edək ki, Merve və Feyyaz ötən il evənib. Cütlüyün bir övladı var.(Axşam.az)