İstanbulda şir axtarışına məşhur futbolçu da qoşuldu - Video

Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunda təhlükəsizlik kamerası görüntülərində küçədə dişi şirin müşahidə edilməsindən sonra qruplar səfərbər olunub.

Türkiyə mediasına istinadla, heyvanı tutmaq istiqamətində işlər artıq 12 saatdır davam edir.

Bildirilib ki, axtarış qrupu şiri aşkar etdikdən sonra onu sakitləşdirici vasitə ilə yuxuya verib ələ keçirməyə çalışsalar da, cəhdlər uğursuz olub.

Hadisə ilə bağlı Sarıyer Bələdiyyə sədri Oqtay Aksu müraciətində vətəndaşlardan evlərini tərk etməmələri barədə çağırış edib.

Qeyd edək ki, şirin axtarış işlərinə Türkiyə millisinin və “Qalatasaray”ın futbolçusu Abdulkərim Bardaqçının da dəstək verdiyi məlum olub.