Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının Rusiyaya məxsus “Merkuri” korvetinə hücum etdiyi iddia olunur.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Onun sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Aralıq dənizində, Liviya sahilləri yaxınlığında əməliyyat keçirib. Əməliyyatda Ukrayna istehsalı olan yeddi dəniz dronundan istifadə edildiyi və onların Rusiya korvetini hədəf aldığı bildirilib.
Qeyd edək ki, hücumla bağlı məlumat Zelenskinin açıqlamasına əsaslanır.