"Barcelona" məşqini Olimpiya Stadionunda edəcək

“Barselona”nın açıq məşqi və mətbuat konfransı Bakıda təşkil olunacaq.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq “Sabah” futbol klubundan məlumat verilib.

Bildirilib ki, rəqib komandanın mətbuat konfransı sabah saat 19:15-də, açıq məşqi isə ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olmaqla saat 20:00-da başlayacaq.

Qeyd edək ki, mətbuat konfransı və açıq məşq Bakı Olimpiya Stadionunda keçiriləcək.