Xalq artisti KİMƏ SƏSLƏNDİ: “Öləndən bir həftə sonra qonşunun xəbəri olacaq ki…”

“Bu gün Azərbaycanda qorunması vacib olan ən önəmli dəyərlərdən biri ailə institutudur”.

Bu sözləri tanınmış aktyor, Xalq artisti Nurəddin Mehdixanlı “İncə səhər” verilişində deyib.

Aktyor ailə dəyərlərinin qorunması üçün gənclərə çağırış edib:

“Bu gün gənclər evlənmək istəmir, deyirlər ki, evlənsəm, nə ilə dolanacağam? Sən evlən, ev də olacaq, vallah, bərəkət də olacaq. Mən evlənəndə evim yox idi, altı aydan sonra evim də oldu. Azadlıq tərki-dünyalıq deyil. Azadlıq tənhalıq deyil. Tək insandan qorxun, çünki tək insan məsuliyyət daşımaqdan qorxan insandır. İnsan kiməsə görə məsuliyyət daşımağı bacarmalıdır. İnsan özündən başqa kiməsə həyat verməlidir, kiməsə faydası dəyməlidir. İnsanın dəyəri-qiyməti ondadır. Yaxşı, deyək ki, səni dünyaya gətiriblər, tək yaşadın, bəs dünyadan gedəndən sonra? Sən evində öləndən bir həftə sonra qonşularının xəbəri olacaq ki, sən ölmüsən. Sən özündən sonra dünyaya övlad gətirməlisən ki, millət yaşasın, ölkə yaşasın”.