İstanbul küçələrində şir axtarılır

İstanbulun Sarıyer rayonunda yaşayış məhəlləsində şir göründüyü barədə məlumatlardan sonra onun axtarışına başlanılıb.

Bu barədə "Aykırı" nəşri X sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, Üskümrüköy yaşayış məhəlləsində şir müşahidə kameralarına düşdükdən sonra onun axtarışına başlanılıb. Nəşrin məlumatında bildirilir ki, “səlahiyyətli qurumlar yerli sakinləri diqqətli olmağa və ehtiyat tədbirlərinə riayət etməyə çağırıblar”.

Nəşrin məlumatına görə, heyvan təkcə müşahidə kameraları deyil, həm də termal kameralar vasitəsilə qeydə alınıb. Yırtıcının İstanbulun yaşayış məhəlləsinə haradan gəldiyi və hazırda hansı ərazidə axtarıldığı barədə məlumat verilməyib.