Ukrayna Müdafiə Qüvvələri və Təhlükəsizlik Xidməti (UTX) Liviya sahilləri yaxınlığında Rusiyaya məxsus hərbi və yük gəmisinə qarşı uğurlu əməliyyat keçirib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz rəsmi sosial şəbəkə hesabında məlumat yayıb.
Dövlət başçısının sözlərinə görə, əməliyyat zamanı Ukrayna istehsalı olan yeddi dəniz dronundan istifadə edilib.
Düşmənin bütün əks-tədbir cəhdlərinə baxmayaraq, Rusiyanın ən yeni hərbi gəmilərindən biri — 2023-cü ildə silahlanmaya qəbul edilmiş "Merkuri" korveti batırılıb. Gəmi ilə birlikdə göyərtədə olan "Ka-27" döyüş helikopteri də məhv edilib.
Zelenski bildirib ki, Ukrayna qüvvələrinin ikinci hədəfi Rusiyanın silah daşınması üçün istifadə etdiyi "MV ANGARA" quru yük gəmisi olub və o da dəqiq zərbə ilə sıradan çıxarılıb.
"Müəyyən edilmiş akvatoriyalarda əməliyyatları davam etdiririk. Rusiyanın təcavüzünə cavab veririk, Ukrayna silahlarını inkişaf etdiririk", – deyə Ukrayna lideri vurğulayıb.