Almaniya “Patriot” raketlərinə 4 milyard avrodan çox vəsait ayıracaq

Almaniya “Patriot” zenit-raket kompleksi üçün azı 480 raket və müvafiq avadanlıqların alınmasına 4 milyard avrodan çox vəsait ayırmağı planlaşdırır.

“Reuters”ə istinadən, qərar ölkənin hava hücumundan müdafiəsinin gücləndirilməsi məqsədilə qəbul edilib.

Qeyd olunub ki, tədarüklər Bundesverin uzunmüddətli modernləşdirmə proqramı çərçivəsində 2030-cu ildən 2033-cü ilin sonuna qədər olan dövr üçün planlaşdırılıb.