İndoneziyanın Banten əyalətində şirniyyat istehsalı fabrikində baş verən yanğın nəticəsində ölənlərin sayı 24-ə çatıb. Xilasetmə qrupları dağıntılar altında qalan təxminən 30 nəfərin axtarışını davam etdirir.
Reuters-in məlumatına görə, yanğın paytaxt Cakartadan təxminən bir saatlıq məsafədə yerləşən Cikande bölgəsindəki “PT Fonusa Agung Mulia” şirniyyat fabrikinin binasında şənbə axşamı baş verib.
Prezidentin əmək məsələləri üzrə müşaviri Said İqbal bildirib ki, hadisə ilə bağlı təhlükəsizlik qaydalarının icrası araşdırılır. Fabrikin baş direktoru da ifadə verməyə çağırılacaq.
İlkin hesabatlara görə, yanğın kondisionerdə baş vermiş qısaqapanma nəticəsində başlamış ola bilər. Fabrikin baş direktoru Steven Ervin Vijaya bildirib ki, yanğın zamanı kompleksdə şənbə növbəsində təxminən 300 nəfər çalışıb.
Xilasedicilər çökmə təhlükəsi olan yanmış konstruksiyalara baxmayaraq, itkin düşənlərin axtarışını davam etdirirlər. Hadisənin dəqiq səbəbi araşdırılır.