Alonso istefaya göndərilir?

“Çelsi”nin baş məşqçisi Xabi Alonsonu yaxın zamanda istefaya göndərməyəcəklər.

“Daily Mail” qəzetinin məlumatına görə, London klubunun rəhbərliyi bəzi azarkeşlərin çağırışlarına baxmayaraq, məşqçi ilə yollarını ayırmaq niyyətində deyil. Klub ona vaxt vermək niyyətindədir.

“Çelsi” son dörd Premyer Liqa matçında 3 dəfə məğlub olub – “Sanderlend” (0-1), “Tottenhem” (0-2) və “Lids” (1-4).

Alonsonun komandası bu mərhələdə yalnız “Mançester Yunayted”i (2-0) məğlub edib.

Komanda liqa turnir cədvəlində 16 xalla səkkizinci yerdədir. Londonlular növbəti turda “Nottinqem Forest” ilə qarşılaşacaqlar.