Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Tatarıstan bölgəsinə hücumu nəticəsində bir neçə neft anbarı zədələnib.
Bu barədə Tatarıstan rəhbəri Rüstəm Minnixanovun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hücum Almetyevsk şəhəri yaxınlığında yerləşən neft anbarlarına yönəlib.
Rəsmi açıqlamada qeyd olunub ki, uzunmüddətli hücum nəticəsində bir neçə obyektə ziyan dəyib.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması və dəymiş ziyanın miqyası barədə əlavə məlumat verilməyib