FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb

Ötən həftə Azərbaycanda 172 yanğın, insanların köməksiz vəziyyətdə qalması ilə bağlı 29 hadisə və 3 avtoqəza qeydə alınıb. Hadisələrlə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri qəza-xilasetmə əməliyyatları həyata keçirib. Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, görülən təcili tədbirlər nəticəsində yanğınlar operativ söndürülüb və insanların həyatının xilas edilməsi təmin olunub.

Ümumilikdə, həftə ərzində FHN-in qüvvələri tərəfindən 34 nəfər, o cümlədən 9 azyaşlı xilas edilib. Hadisələr nəticəsində 4 nəfər xəsarət alıb, yanğın zamanı 4 nəfər təxliyə olunub.

Müxtəlif hadisələrlə, o cümlədən bağlı qapı və avtoqəzalarla əlaqədar 8 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.