Rusiyanın zərbəsi nəticəsində Kiyev vilayətində dağıdılmış binada ölənlərin sayı on nəfərə çatıb

Dünən Rusiyanın hava hücumu nəticəsində Kiyev vilayətinin Dımer şəhərində dağıdılmış çoxmərtəbəli binada ölənlərin sayı on nəfərə çatıb.

Bu barədə Kiyev vilayəti administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Onun sözlərinə görə, xilasetmə işləri gecə boyu davam edib, ölənlərin sayı on nəfərdir. Dağıntılar altından bir qadın xilas edilib.

Hazırda xilasetmə işləri davam edir.