Sadəcə qapını qorumağa çalışırdım

“Bayern Münhen”in hücumçusu Harri Keyni zədələyən “Köln” ün müdafiəçisi Yoel Şmid Harriyə tezliklə sağalmasını arzulayıb.

“Bayern Münhen”in hücumçusu Bundesliqanın 10-cu turunun 15-ci dəqiqəsində ötürməni tamamlamağa çalışarkən Şmid tərəfindən sol ayağından zərbə alıb. Zədə səbəbindən ingilis futbolçu üç ay müddətində meydana çıxa bilməyəcək.

“Sadəcə qapını qorumağa çalışırdım. Harrinin zədələnməsinə görə üzr istəyirəm. Əlbəttə ki, ona tezliklə sağalmasını arzulayıram”, – Şmid deyib.