ABŞ Almaniyada bu silahını sınaqdan keçirdi - Video

ABŞ ordusu Almaniyada hədəflərə hücum etmək üçün dron sürüsü buraxan sistemi sınaqdan keçirib.

Bu barədə Pentaqondan məlumat verilib.

Məlumata görə, “Qrafenvör” poliqonunda keçirilən sınaqlar zamanı R3NEGADE yerüstü robot platformasına quraşdırılmış sistemdən dronlar buraxılıb, bundan sonra onlar hədəfə qarşı avtonom şəkildə əməliyyat həyata keçiriblər.