Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi noyabrın 22-də şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin təşkili məqsədilə IX siniflər üçün buraxılış imtahanı modelinə uyğun qiymətləndirmə monitorinqi keçirib.
Monitorinqdə 4 500-dən artıq şagird iştirak edib.
Monitorinq "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən yaradılan müvafiq mərkəzin imkanlarından istifadə edilərək təşkil olunub.