Ayvan Touni gələn ildən vətənində oynamaq imkanına malikdi.
“Əl-Əhli”nin hücumçusu “Kristal Pelas”ın maraq dairəsinə düşüb. London klubu 30 yaşlı ingilis futbolçunu yanvarda transfer etməyi planlaşdırır. Ayvanın da İngiltərəyə qayıtmaq istədiyi bildirilir.
Qeyd edək ki, o, vaxtilə premyer-liqada “Kristal Pelas”a yenicə təyin olunan Tomas Frankın başçılığı altında çıxış edib. Onda “Brentford”u çalışdıran Frank Ayvanı yenidən sərəncamında görmək istəyir.
Təcrübəli futbolçu bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 16 oyunda 15 qolun və 3 məhsuldar ötürmənin müəllifi olub.