Almaniya Putinə görə bu hərbi planını dəyişdi

Almaniya Rusiyanı qıcıqlandırmamaq üçün Litvaya qoşun göndərmə planına dəyişiklik edib.

Bu barədə “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, Almaniya tankları Polşa ərazisindən öz gücünə hərəkət etmək əvəzinə, "Grand Eagle 26" hərbi təlimlərinə dəmir yolu vasitəsilə daşınacaq.

Nəşrə açıqlama verən təhlükəsizlik dairələrindəki mənbələr bildirib ki, Almaniya zirehli texnikasının Baltikyanı ölkələrə doğru Belarusla sərhəd yaxınlığında hərəkət etdiyini əks etdirən görüntülər Putin üçün təbliğat baxımından əlverişli fürsət yarada bilərdi.

Qeyd edək ki, Litvada keçirilən "Grand Eagle 26" və "Freedom Shield 26 II" təlimlərində 6000-dən çox hərbçi iştirak edir.