Gəncədə yol qəzası baş verdi, xəsarət alanlar var

Gəncə şəhərinin Ş. İ. Xətai prospektində yol qəzası qeydə alınıb.

"Ford" və "Mercedes" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 2010-cu il təvəllüdlü G.Məmmədova, 2012-ci il təvəllüdlü M. Əlili xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma başlanılıb./Report/