BYD-nin bu modelinin Avropada satışı qadağan olundu

Niderlandın Haaqa şəhərində məhkəmə Çinin BYD şirkətinin "Ti7 SUV" modelinin Avropa İttifaqında satışını qadağan edib.

Modern.az-ın xəbərinə görə, qərara səbəb avtomobilin “Jaguar Land Rover”in (JLR) “Defender” modelinin dizaynını təqlid etməsi olub.

Məhkəmə həmçinin iş yekunlaşana qədər avtomobilin BYD-nin Macarıstandakı zavodunda istehsalını qadağan edib.

JLR əqli mülkiyyət hüquqlarının pozulduğunu bildirərkən, BYD ittihamları rədd edib və qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb.