Ukraynada antikorrupsiya qurumlarına qarşı təzyiqlər artır - KİV

Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin antikorrupsiya qurumlarına qarşı təzyiqləri artırdığı iddia olunur.

Bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.

Nəşrin iddiasına görə, son bir həftə ərzində Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğuna (SAP) qarşı informasiya kampaniyası aparılır.

Kampaniyada keçmiş baş prokuror Ruslan Kravçenko, Ukrayna Təhlükəsizlik Xidmətinin generalı Sergey Duka və digər şəxslərin fəal iştirak etdiyi bildirilir.

“Strana” yazır ki, bu proses antikorrupsiya qurumlarının dövlət rəsmilərinə qarşı fəaliyyətinin gücləndiyi dövrə təsadüf edir.

Nəşrin qiymətləndirməsinə görə, hakimiyyət daxilindəki bəzi nüfuzlu şəxslər antikorrupsiya qurumlarının fəaliyyətinə qarşı cavab tədbirləri görmək variantını nəzərdən keçirirlər.

Məlumat müstəqil şəkildə təsdiqlənməyib.