Astarada 5 kəndin qaz təchizatının dayandırılmasına səbəb olan yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.
APA-nın cənub bürosunun məlumatına görə, səhər saatlarında rayonun Ərçivan qəsəbəsi ərazisində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsü idarəetməni itirib.
Nəticədə avtomobil yolun kənarından keçən qaz xəttinə çırpılıb. Qaz xəttinin zədələnməsi səbəbindən 5 kəndin qaz təchizatında fasilə yaranıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
***
Astara rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində qaz xətti zədələnib, 5 kəndin qaz təchizatında fasilə yaranıb.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə səhər saatlarında rayonun Ərçivan qəsəbəsi ərazisində qeydə alınıb.
Yol-nəqliyyat hadisəsi zamanı qəsəbədən keçən qaz xətti zədələnib. Nəticədə Şuvi, Sərək, Vəzməş, Siyətük və Şuvaş kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılıb.
Faktla bağlı araşdırma aparılır.