Soçidə evlərin həyətləri su altında qaldı - Video

Rusiyanın Soçi şəhərində güclü yağışlar nəticəsində subasma hadisələri baş verib.

Güclü yağışlar yaşayış evlərinin həyətlərini su altında qoyub, park edilmiş avtomobillər suya qərq olub. Kepsha kəndində isə avtomobil yolunun hərəkət hissəsini su basıb.

Herota çayı bəzi ərazilərdə məcrasından çıxıb. Nəticədə bir neçə avtomobil su altında qalıb, bəzi maşınlarda suyun səviyyəsi, demək olar ki, dam örtüyünə qədər yüksəlib.

Şəhərin ayrı-ayrı ərazilərində nəqliyyatın hərəkəti çətinləşib.