Ordu qonşu ölkəyə köməyə getdi, texnikaları oğurlandı

Haiti polisi və Salvador hərbçiləri paytaxt Port-o-Prensdə yerləşən, silahlı dəstələrin nəzarətində olan “Silvio Kator” stadionunu geri alıblar. 2024-cü ildən kriminal qruplaşmaların istifadə etdiyi stadion uzun müddət idman tədbirlərinə ev sahibliyi edə bilməyib.

Salvador prezidenti Nayib Bukelenin Haitiyə göndərdiyi 2 mindən çox hərbçinin iştirakı ilə keçirilən əməliyyat ölkədə ümid və narahatlıq yaradıb. Bukele bunu Haitidə təhlükəsizliyin bərpası istiqamətində mühüm addım adlandırıb.

"The Guardian"ın yazdığına görə, Bukelenin ölkəsində 2022-ci ildən bəri 90 mindən çox insanın həbs edildiyi sərt antidezband siyasəti cinayətlərin azalmasına səbəb olsa da, insan hüquqlarının pozulması ilə bağlı ciddi tənqidlərə yol açıb.

Haitililərin bir qismi Salvador qüvvələrinin ölkədə qalmasını istəyir. Digərləri isə hərbi əməliyyatların mülki əhali üçün təhlükəni artıra biləcəyindən narahatdır.

Haiti polisi bu həftə stadion yaxınlığında keçirilən əməliyyat zamanı azı 34 şübhəli dəstə üzvünün öldürüldüyünü açıqlayıb. Salvador hökuməti isə oğurlanmış dörd hərbçi texnikinin xilas edilməsindən sonra qoşunların geri çəkiləcəyini bildirib.