Bir fotoda 3 xalq artisti, 3 nəhəng SƏNƏTKAR-Xuraman Qasımova iclas edir, digərləri isə..-MARAQLI

Moderator.az Xalq artistləri Şəfiqə Məmmədova, Xuraman Qasımova və Natavan Şeyxovanın birlikdə çəkilən fotolarını təqdim edir. Belə ki, foto “Solo oxuma və opera hazırlığı” kafedrasının iclası zamanı lentə alınıb. Kafedra müdiri, Xalq artisti, professor Xuraman Qasımova və kafedranın müəllim heyəti iclasda iştirak ediblər. İclasda elmi işlərin aktivliyi və digər mövzular müzakirə edilib.

Əksər tamaşaçılar Natavan Şeyxovanın Bakı Musiqi Akademiyasında işləməsindən xəbərdar olsalar da, Xalq artisti Şəfiqə Məmmədovanın akademiyada dərs deməsindən xəbərsiz idilər. Məlumat üçün bildirək ki, aktrisa Bakı Musiqi Akademiyasında “Aktyorluq sənətinin əsasları və nitq mədəniyyəti, “Opera hazırlığı” fənni üzrə tələbələrə dərs deyir.