Misli Premyer Liqasının 12-ci turunda daha iki görüş baş tutacaq.
Oyun cədvəlinə əsasən, günün ilk matçında "Araz-Naxçıvan" "Neftçi"ni qəbul edəcək.
"Neftçi" 24 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. 4 xala malik "Araz-Naxçıvan" isə sonuncudur.
Günün son matçında isə "Qarabağ" səfərdə "Kəpəz"ın qonağı olacaq.
"Kəpəz" 17 xalla altıncı yerdədir. 19 xalı olan "Qarabağ" isə 5-cidir.