Bakı, 22 noyabr, AZƏRTAC Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 108 illiyi tamam olur. Ümummilli Lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamına əsasən hər il noyabrın 22-si ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir. AZƏRTAC bu əlamətdar gün münasibətilə Azərbaycan ədliyyə orqanlarının son bir ildə həyata keçirdiyi islahatlara və əldə etdiyi nəticələrə nəzər salır. Ədliyyə sahəsində son illər ərzində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflıq və səmərəliliyin artırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Ədliyyə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, rəqəmsal həllərin, eləcə də süni intellektin tətbiqi, vətəndaş məmnunluğunun təmin edilməsi bu dövrün əsas prioritetləri olub. İcra fəaliyyətinin təkmilləşdirilməsi İcra sahəsində iş yükünün artmasına baxmayaraq, həyata keçirilən tədbirlər nəticəsində icra göstəricisi 65 faizə yüksələrək ən yüksək həddə çatıb. Həmçinin Ədliyyə Nazirliyinin təşəbbüsü ilə ötən il qəbul edilmiş icra sahəsində səmərəliliyin artırılmasına, resurslardan düzgün istifadə edilməsinə və iş yükünün optimallaşdırmasına xidmət edən “Xüsusi icra məmurları haqqında” Qanunun 2026-cı ildən etibarən icrasına başlanılıb. Belə ki, cari il ərzində xüsusi icra məmuru vəzifəsi üzrə müsabiqə artıq yekunlaşıb, müsabiqənin mərhələlərini uğurla başa vurmuş 8 namizəd icbari təlimə cəlb olunub. İlkin icbari hazırlığı uğurla başa vuran namizədlər qiymətləndirmədən keçəndən sonra staj mərhələsinə cəlb olunacaqlar. İcra məmuru vəzifələri üzrə vakansiyaların komplektləşdirilməsi, bu sahədə daha geniş kadr bazasının formalaşdırılması məqsədilə ötən il qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən icra məmuru vəzifəsinə qulluğa qəbul zamanı ali hüquq təhsili tələbi aradan qaldırılıb. Cari ildə yeni qaydalar əsasında dövlət icra məmurları ilə bağlı ilk dəfə elan edilmiş müsabiqəyə yüksək maraq nümayiş etdirilib, 600-dən çox namizəd test mərhələsində iştirak edib, onlardan 300-ə yaxını növbəti mərhələyə - söhbət mərhələsinə keçib. Hazırda namizədlərlə müsahibələrin keçirilməsi prosesi davam edir. Yeni qaydalar əsasında seçilmiş xüsusi və dövlət icra məmurları 2027-ci ildən fəaliyyətə başlayacaqlar. Penitensiar fəaliyyətin müasirləşdirilməsi Penitensiar sistemdə mövcud infrastrukturun yenilənməsi, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması və onların sosial reabilitasiyası üçün daha əlverişli şəraitin yaradılması məqsədilə yeni penitensiar komplekslərin inşası ilə bağlı işlərə başlanılıb. Bu komplekslər hesabına 2030-cu ilədək təxminən 11 min məhkum üçün yeni, müasir tipli infrastrukturun istifadəyə verilməsi nəzərdə tutulur. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən məhkumların peşə hazırlığının təşkili, onların əmək bazarının tələblərinə uyğun bacarıqlara yiyələnməsi və məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bu məqsədlə cəzaçəkmə müəssisələrində əmək bazarının tələblərinə uyğun peşə hazırlığının təşkili və təlimlərin keçirilməsini, habelə cəza çəkməkdən azad edilmiş məhkumları işə götürmə istiqamətlərində dövlət və özəl tərəfdaşlarla əməkdaşlığı nəzərdə tutan “N.Ə.F.Ə.S.” (Nailiyyət, Əməkdaşlıq, Fərdi inkişaf, Əmək, Sosial inteqrasiya) layihəsinə start verilib. Layihə çərçivəsində ilk əməkdaşlıq “Azərişıq” ASC ilə qurulub. Belə ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində məhkumların müxtəlif istiqamətlər üzrə peşə hazırlığının təşkili və praktiki bacarıqlarının artırılması məqsədilə Ədliyyə Nazirliyi və “Azərişıq” ASC-nin birgə peşə hazırlığı mərkəzi yaradılıb. İlk mərhələdə 22 məhkumla elektrik montyoru ixtisası üzrə sertifikatlaşma proqramı yekunlaşıb və cəza müddəti tamamlanmış şəxslərdən biri “Azərişıq” ASC-də işlə təmin olunub. “N.Ə.F.Ə.S.” layihəsi məhkumların peşə bacarıqlarına yiyələnməsi ilə yanaşı, onların cəmiyyətə reinteqrasiyası, məşğulluq imkanlarının genişləndirilməsi və təkrar cinayət törətmə riskinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır. Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə dövlət və özəl tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, uğurlu təcrübənin müxtəlif cəzaçəkmə müəssisələrində tətbiqi və əmək bazarında tələbat olan digər peşələr üzrə illik 1500 nəfərə yaxın məhkuma peşə vərdişlərinin öyrədilməsi nəzərdə tutulub. Probasiya fəaliyyəti üzrə yeniliklər Azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaların icrası sahəsində də müsbət nəticələr əldə edilib. Probasiya fəaliyyətində fərdi yanaşmanın və reabilitasiyayönümlü mexanizmlərin tətbiqinin genişləndirilməsi probasiya nəzarətində olan şəxslərin probasiya şərtlərini pozması və penitensiar müəssisələrə göndərilməsi hallarının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib. Probasiya sahəsində yeni yanaşmaları ciddi institusional və qanunvericilik səviyyəsinə qaldırmaq üçün “Azərbaycan Respublikasında probasiya sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya” layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Məhkəmə ekspertizası sahəsinin inkişafı Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2025-ci il tarixli 844 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya”nın icrası çərçivəsində mühüm praktiki və institusional tədbirlər həyata keçirilib. Belə ki, məhkəmə ekspertizası sahəsi üçün yüksəkixtisaslı kadrların hazırlanması, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və elm ilə praktikanın inteqrasiyasının təmin edilməsi məqsədilə əməkdaşlıq memorandumları imzalanıb, məhkəmə ekspertizası sahəsində vahid standartlaşdırma sisteminin formalaşdırılması, vahid metodoloji yanaşmaların və keyfiyyət standartlarının tətbiqi istiqamətlərində müvafiq tədbirlər görülüb. Məhkəmə ekspertizası sahəsində resursların səmərəli istifadə edilməsi, iş yükünün optimallaşdırılması məqsədilə özəl məhkəmə ekspertizası institutunun tətbiqi üçün bütün işlər tamamlanıb. Artıq özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün icbari təlim prosesi yekunlaşıb və hazırda ilk özəl ekspertlərin şəhadətləndirilməsi prosesinə başlanılıb. Ədliyyə fəaliyyətinin rəqəmsallaşdırılması Ədliyyə sahəsinin rəqəmsallaşdırılması, proseslərin optimallaşdırılması və xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində işlər ardıcıl şəkildə davam etdirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi və Azərbaycanda rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Rəqəmsal İnkişaf Şurasının yaradılması ölkəmizdə bu sahədə fəaliyyəti keyfiyyətcə yeni mərhələyə keçirib. Ədliyyə Nazirliyi tərəfindən bu sahədə həyata keçirilən tədbirlərin müsbət nəticələri kəmiyyət göstəricilərində də öz əksini tapıb. Belə ki, cari ildə ölkəmizin ən böyük və mühüm informasiya sistemlərindən olan Əhalinin Dövlət Reyestrində FİN əsaslı məlumatların dəqiqliyi ötən il ilə müqayisədə 80 faizdən 99 faizə çatdırılıb. Ədliyyə Nazirliyinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə istifadəyə verdiyi hüquqi aktların vahid elektron bazasına əsaslanan, süni intellekt dəstəkli, innovativ hüquqi axtarış platforması olan “e-qanun.ai”da qeydiyyatdan keçənlərin sayı təxminən 290 mini, emal edilən sorğuların sayı 4 milyonu keçib. Borclulara, həmçinin tələbkarlara icra işlərinə dair bütün zəruri məlumatlara real vaxt rejimində çıxış imkanı yaradan “Mobil icra” tətbiqində isə istifadəçilərinin sayı 50 minə çatıb. “Mobil notariat” tətbiqinin istifadəçi auditoriyası ötən illə müqayisədə 2 dəfə artıb. Belə ki, istifadəçi auditoriyası rekord həddə çataraq 2 milyon 300 mini ötüb. Hər gün orta hesabla 3700 elektron notariat hərəkəti məhz bu tətbiq üzərindən rəsmiləşdirilir. Həmçinin tətbiq üzərindən göstərilən 17 notariat xidmətinin "myGov" portalı vasitəsilə də vətəndaşlara təqdim olunması təmin edilib.Rəqəmsallaşma tədbirləri penitensiar sistemi də əhatə edib. Belə ki, bu çərçivədə ötən il istifadəyə verilmiş məhkumların distant müayinəsi, eləcə də məhkumlarla görüşlərin onlayn qeydiyyatı xidmətlərinə 5 penitensiar müəssisənin qoşulması təmin edilib və artıq 900-dən çox şəxs bu xidmətlərdən yararlanıb. Nazirliyin fəaliyyət istiqamətləri üzrə süni intellekt texnologiyalarının tətbiqi istiqamətində də mühüm addımlar atılıb. Belə ki, vətəndaş müraciətlərinin təhlili və cavablandırılmasını avtomatlaşdıran, eləcə də notariat fəaliyyətində istifadə olunan tövsiyə məktubları və normativ-hüquqi aktlar əsasında hüquqi axtarışın aparılmasına və izahların təqdim edilməsinə imkan verən süni intellekt modelləri, eləcə də “881” Çağrı Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə süni intellektəsaslı virtual operator yaradılaraq pilot qaydada tətbiqinə başlanılıb. Beləliklə, son bir ildə Azərbaycan ədliyyə sistemində rəqəmsallaşma, süni intellektin tətbiqi, icra və probasiya fəaliyyətinin təkmilləşdirilməsi, penitensiar infrastrukturun yenilənməsi, məhkəmə ekspertizası və notariat xidmətlərinin inkişafı istiqamətində mühüm addımlar atılıb. Həyata keçirilən islahatlar ədliyyə xidmətlərinin əlçatanlığının və səmərəliliyinin artırılmasına, müasir idarəetmə mexanizmlərinin formalaşdırılmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir. Müxbir - Günel Türksoy
Bu gün
3301 xəbər bu gün
Azərbaycanda oyuncaqların təhlükəsizliyinə dair yeni texniki reqlamentin tətbiqi istehlak bazarının təhlükəli məhsullardan qorunmasına və uşaqların hüquqlarının daha səmərəli müdafiəsinə xidmət edəcək.
Ötən həftəsonu Nigeriyanın Niger ştatındakı yaşayış məntəqələrinə hücumlar nəticəsində azı 64 nəfər ölüb. "Reuters"ə istinadən, bu barədə fulani xalqının nümayəndələri və yerli sakinlər bildiriblər. Onların məlumatına…
Rusiyalı musiqi prodüseri Elmir Məhərrəmov 36 yaşında dünyasını dəyişib. Mk.ru-ya istinadən, o, Moskvanın qərbində, Vasili Lanovoy küçəsində ölü tapılıb. Hazırda Məhərrəmovun ölüm səbəbi məlum deyil. Prodüserin intihar…
İtaliyanın xarici işlər naziri Antonio Tayani Bakıda Şəhidlər xiyabanını ziyarət edib. O, bu barədə “X” hesabında paylaşım edib. “Bakı Şəhidlər xiyabanına ziyarət. Azadlıq uğrunda həlak olanların, nifrət və zülm…
İran ABŞ-ın Böyük Britaniya, Almaniya və Bolqarıstandakı Amerika hərbi bazalarını hədəfə ala bilər. Bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədrinin müavini Abbas Moxtadaei ölkənin…
"Hermes Finance" ASC "Caspian Auto İmport" ASC-nin nizamnamə kapitalındakı 400 min manatlıq payını geri götürərək səhmdarlar sırasından çıxıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması…
Avropa İttifaqı (Aİ) Rusiyanın bank sektorunu, kriptovalyuta platformalarını, enerji infrastrukturunu və qondarma "kölgə donanması"nı hədəf alaraq ona qarşı sanksiya təzyiqini gücləndirmək niyyətindədir. Bunu Avropa…
Baş nazir Nikol Paşinyan Avropa İttifaqı (Aİ) ölkələrinin Ermənistanda akkreditə olunmuş səfirlərini qəbul edib. Ermənistan mediasına istinadən, bu barədə ölkə hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki…
Almaniya kansleri Fridrix Merts Avropanın Ukraynadakı münaqişənin həlli ilə bağlı Rusiya ilə danışıqlara hazır olduğunu və yeni danışıqlar raundunun yaxın vaxtlarda keçiriləcəyinə ümid…
Avropa Komissiyası 22-ci sanksiyalar paketinin layihəsini təqdim edib. TASS-ın məlumatına görə, bu barədə Avropa Komissiyasının bəyanatında bildirilib. (function(containerId) { if…
Документ определяет, какие денежные требования можно превращать в ценные бумаги, и устанавливает правила их выпуска.
Протесты против сокращения социальных выплат парализовали авиасообщение в Бельгии – более 500 рейсов отменены, перебои затронули свыше 51 тысячи пассажиров. Об этом сообщает компания Touring,...
Шведскую экоактивистку Грету Тунберг оштрафовали на 2,4 тыс. крон (около $351) за незаконное проникновение на территорию Копенгагенского университета и судоходной компании Mærsk во время пропалестинских...
Глава МИД Италии Антонио Таяни посетил Аллею шехидов в Баку, где почтил память погибших за независимость Азербайджана. «Посещение Аллеи шехидов в Баку. Дань памяти погибшим...
Строительные компании Европы готовятся к буму в сфере военной инфраструктуры: консалтинговая фирма BCG оценивает прямые расходы на такие объекты в €320 млрд ($350,9 млрд) с 2026 по 2035 год. Об этом сообщила Financial…
Министр иностранных дел Германии Йоханн Вадефуль охарактеризовал современную международную ситуацию, заявив, что на данный момент "в мире нет мира". Его цитирует Clash Report, передает Day.Az со ссылкой на Lenta.ru. "Мы…
Məhkəmədə "İşıqlı Ermənistan" Partiyasının lideri Edmon Marukyanın vəkili Hayk Arutyunyan Nikol Paşinyanın məhkəmə iclasına gəlməsi barədə vəsatət qaldırıb. Hakim vəkilin vəsatətini təmin edib. Bu barədə "News.Am"…
Keçmiş aparat rəhbəri
Naxçıvan
Hava hücumu
Türkiyə millisinin sabiq futbolçusu Emre Mor peşəkar karyerasına müvəqqəti fasilə vermək qərarına gəlib.
Elmin İsa oğlu Fərəcov Naxçıvan Muxtar Respublikası (MR) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri təyin olunub. Bununla bağlı müvafiq əmr imzalayıb.Elmin Fərəcov bu təyinatadək Naxçıvan MR Əmək və…
Markinyosun PSJ-dəki karyerası ilə bağlı məsələyə aydınlıq gəlib. Rəhbərlik komandanın kapitanının gələcəyi ilə bağlı qərar qəbul edib. “RMC Sport”un məlumatına görə, Fransa klubu təcrübəli futbolçunu komandada saxlamaq…
Xviça Kvaratsxeliya 2026-cı ilin adamı adına layiq görülüb. PSJ-nin hücumçusu Fransanın nüfuzlu GQ jurnalının versiyasına görə 1-ci yeri tutub. Fərdi mükafat 1996-cı ildən təqdim olunur. İdman, kino, musiqi, moda və…
Elmin İsa oğlu Fərəcov Naxçıvan Muxtar Respublikası (MR) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri təyin olunub. Bununla bağlı müvafiq əmr imzalayıb.Elmin Fərəcov bu təyinatadək Naxçıvan MR Əmək və…
Elmin İsa oğlu Fərəcov Naxçıvan Muxtar Respublikası (MR) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri təyin olunub. Bununla bağlı müvafiq əmr imzalayıb. Elmin Fərəcov bu təyinatadək Naxçıvan MR Əmək və…
Bakı şəhərində yeni iqtisadi cazibə mərkəzləri formalaşdırılması nəzərdə tutulur. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov Bakıda keçirilən…
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, "İrşad" İslam Araşdırmaları Mərkəzinin rəhbəri Rafiq Əliyev ona məxsus 6 mərtəbəli binanın...
15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi noyabrın 23-də Bayıl İnkişaf Mərkəzində təlim-məşq toplanışına başlayıb. AFFA-nın saytına istinadən, hazırlıq prosesi noyabrın 27-dək davam edəcək. Toplanışa dəvət…
Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Marek Yuxtegi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Diplomata Moskvaya qarşı düşmənçilik hərəkətlərinin qəbuledilməz olduğu bildirilib. Bu barədə Rusiya XİN-in…
Noyabr ayının qalan hissəsində üç bürc diqqət mərkəzində olacaq və böyük dəyişikliklər üçün şans qazanacaq. Onları layiqli mükafatlar, karyera imkanları və yeni perspektivlər gözləyir. Tərəzi Noyabr ayında Tərəzi…
ABŞ Prezidenti Donald Tramp Censen Huanqın “Nvidia” şirkətinin baş icraçı direktoru (CEO) vəzifəsinə qaytarılmasını alqışlayıb. Tramp bu barədə sosial şəbəkə hesabındakı açıqlamasında bildirib. “Direktorlar şurası Censen…
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin rəhbəri Rafiq Əliyev ona məxsus 6 mərtəbəli binanın qanunazidd olaraq satışa çıxarıldığını elan edib. O binanın noyabrın…
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Aparat rəhbəri təyin olunub
ABŞ-ın Strateji Neft Ehtiyatındakı (SPR) neftin həcmi 20 noyabrda başa çatan həftənin yekunlarına görə 273,5 milyon barelə enib. Bu, 1982-ci ilin avqustundan bəri qeydə alınan ən aşağı göstəricidir. ABŞ Energetika…
Noyabrın 24-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Medianews.az-a verilən məlumata görə, ...
Möhtərəm cənab Prezident, Sizə, qədim Şəki torpağından dərin hörmət və səmimi …
Bakıda torpaq sahəsini qanunsuz zəbt etməkdə və oğurluqda təqsirləndirilən 74 yaşlı Qədəm Tarverdiyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Rusiyalı musiqi prodüseri Elmir Məhərrəmov 36 yaşında dünyasını dəyişib.
“Mançester Yunayted” "Qalatasaray"ın hücumçusu Viktor Osimheni transfer etməkdən imtina edib. Bundan əvvəl klubun yanvar transfer pəncərəsində nigeriyalı futbolçunu heyətinə qatmaq üçün addım atacağı iddia edilmişdi…
Dünya bazarlarında neftin qiyməti Yaxın Şərqdən tədarükün artması nəticəsində ucuzlaşıb. Bununla belə, regionda gəmiçilik və neft emalı obyektlərinə hücumların davam etməsi bazarda qeyri-müəyyənliyi artırır. Noyabrın…
Nvidia”nın Direktorlar Şurası Censen Huanqı şirkətin prezidenti və baş direktoru vəzifəsinə qaytarıb. “Reuters”ə istinadən, bu barədə şirkətin press-relizində bildirilib. Bir sıra medianın məlumatına görə, bu qərar…