Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ekoloji cinayətlərin qarşısının alınması istiqamətində profilaktik tədbirlər davam etdirilir.
Su Polisi və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları tərəfindən birgə keçirilən reyd zamanı "Şərbət gölü" adlanan su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan M.Məmmədov və Y.Alıyev saxlanılıblar.
Həmin şəxslərdən müxtəlif növ qadağan olunan ov alətləri, eləcə də qanunsuz olaraq ovlanan balıqlar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.