Paytaxtda kirayə mənzillər sürətlə bahalaşır - Foto

Bakıda kirayə mənzil bazarında bahalaşma davam edir. Qiymət artımı artıq təkcə paytaxtın müəyyən əraziləri ilə məhdudlaşmır, mənzil axtaranların qarşısında daha ciddi seçim və büdcə problemi yaradır. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu ilin sentyabr ayının sonunda kirayə qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5.7 faiz, avqustun sonuna nisbətən isə 1.9 faiz artıb. Yeni tikililərdə aylıq bahalaşma 3.1 faiz, köhnə tikililərdə isə 1.1 faiz olub. Bəs kirayə bazarında qiymət artımını sürətləndirən nədir və mənzil kirayələmək yaxın aylarda daha da çətinləşəcəkmi?