Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri noyabrın 21-də başa çatıb.
Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Vyetnam Sosialist Respublikasının Elm və Texnologiyalar Akademiyasının prezidenti Tran Honq Thai və digər rəsmi şəxslər yola salıb.