Bakı, 21 noyabr, AZƏRTAC Oktyabrın 20-dən noyabrın 20-dək “Uşaq Hüquqları Aylığı” elan edilib. Aylıq çərçivəsində Sumqayıt Dövlət Dram Teatrında uşaqların hüquqlarının təbliği və bu sahədə maarifləndirmə işinin gücləndirilməsi məqsədilə “Cəsur” tamaşası nümayiş olunub. AZƏRTAC xəbər verir ki, tamaşanın təqdimatında əsas məqsəd uşaq hüquqlarının qorunmasının əhəmiyyətinə diqqət çəkmək, uşaqların hüquq və azadlıqları barədə məlumatlılığını artırmaq, eləcə də onların mənəvi-estetik dünyagörüşünün formalaşmasına töhfə verməkdir.Rus dramaturqu Lev Ustinovun “Xilaskar qurbağa” əsəri əsasında səhnələşdirilən tamaşa noyabrın 13, 14, 17 və 18-də tamaşaçılara təqdim olunub. 13, 14 və 18 noyabr tarixlərində nümayişlər saat 11:00, 13:00 və 15:00-da, 17 noyabrda isə saat 11:00-da keçirilib.Tamaşanın quruluşçu rejissoru Fuad Kazımov, rejissoru Ləman Məmmədli, quruluşçu rəssamları Osman Salmanov, Arif Müzəffər və Nizami Dadaşev, musiqi tərtibatçısı Telman Qəniyev, rəqslərin quruluşçusu Kamil Ağazadə, rejissor köməkçisi isə Fazilə Rzayevadır. Əsəri Azərbaycan dilinə Xalq artisti Firudin Məhərrəmov tərcümə edib.Tamaşada obrazları Məryəm Hüseynli, Vəfa Qurbanova, Sevda Cəlilova, İlham Səfərli, Habil Xanlarov, Şəms Abdullayeva, Emil Həmidov və Günəş Bağırova canlandırıblar.Dostluq, cəsarət, mərhəmət və ədalət kimi ümumbəşəri dəyərləri təbliğ edən səhnə əsəri alleqorik nağıl motivləri əsasında qurulub. Hadisələr meşədə cərəyan edir. Süjetin mərkəzində ağıllı Qurbağa ilə qorxaq Dovşanın səmimi dostluğu dayanır. Meşənin hökmdarı Şir heyvanlardan qurban tələb etdikdə meşə sakinləri çətin vəziyyətə düşürlər. Hiyləgər Tülkünün qurduğu oyunlar nəticəsində Dovşan ciddi təhlükə ilə üz-üzə qalır. Lakin Qurbağa öz ağlı, cəsarəti və çevik düşüncəsi sayəsində hazırladığı planla dostunu xilas etməyə nail olur. Beləliklə, xeyir şər üzərində qələbə çalır, ədalət bərpa olunur.Maraqlı süjet xətti, rəngarəng obrazları və tərbiyəvi məzmunu ilə seçilən “Cəsur” tamaşası balaca tamaşaçılara dostluğun, sədaqətin, cəsarətin və çətin anlarda bir-birinə dəstək olmağın vacibliyini aşılayır.Qeyd edək ki, bu kimi səhnə əsərlərinin nümayişi uşaqların dünyagörüşünün zənginləşməsi, mənəvi dəyərlərə bağlılığının güclənməsi və teatr sənətinə marağının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün
2830 xəbər bu gün
İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhəri yaxınlığında 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Paytaxtın Sabunçu rayonu, Aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Tovuzda şəkərli diabetdən əziyyət çəkən xəstələrə dövlət tərəfindən verilən dərmanları almaq çətinləşib.
Latviya bu il ümumi daxili məhsulunun (ÜDM) 6,4%-ni müdafiəyə ayırıb, bu da əvvəlki ildəkindən çoxdur.
Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC-də növbəti uğuruna imza atıb. Qətərin paytaxtı Dohada keçirilən UFC turnirində Abdullayev avstraliyalı Ceyk Metyuzu üç raundun yekununda hakimlərin yekdil qərarı ilə məğlub…
Bakının Ziya Bünyadov prospektindən Qələbə dairəsi istiqamətinə gedən tuneldə su borularında qəza baş verib. APA-ya istinadən, tunelin üzərindən keçən su borularının partlaması nəticəsində tunelin daxilinə fasiləsiz…
TRIPP layihəsinin həyata keçirilməsinə noyabrın 23-də start veriləcək. News24.az xəbər ki, bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında yazıb. “Sən demə, sabah bazar günüdür. TRIPP layihəsinin…
Fransanın Nitsa şəhərinin rəhbərliyi Azərbaycana qarşı hərbi cinayətlərə görə Bakıda həbs cəzası çəkən erməni əsilli şəxslərə “fəxri vətəndaşlıq” verib. Globalinfo.az-a istinadən, bu barədə Ermənistanın Yaşamaq Ölkəsi…
ABŞ Prezidenti Donald Tramp dövlət borcunun yuxarı həddi ilə bağlı məsələ həll olunmayacağı təqdirdə ölkənin müflisləşmə təhlükəsi ilə üzləşəcəyini bildirib və mövcud məhdudiyyətin ləğv edilməsinə çağırıb. Tramp bu…
Latviya 2026-cı ildə müdafiə xərclərini ümumi daxili məhsulunun (ÜDM) 6,4 faizinə qədər artırıb. Bunu “Die Welt” qəzetinə ölkənin Baş naziri Andris Kulberqs Almaniyanın müsahibəsində bildirib. Onun sözlərinə görə, ötən…
Nigeriyanın cənubundakı Bayelsa ştatında sərnişin gəmisinin batması nəticəsində azı 50 nəfərin həlak olduğu bildirilir. “The Guardian“ nəşrinin məlumatına görə, hadisə Niger çayının deltasındakı qollardan birində baş…
İspaniyanın tanınmış tennisçisi Rafael Nadal “Real Madrid” futbol klubunun İdarə Heyətinin üzvü seçilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 40 yaşlı sabiq tennisçi klubun…
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İran arasında münaqişənin diplomatik yolla həllinə ümid etdiyini bildirib
Nigeriyanın cənubundakı Bayelsa ştatında sərnişin gəmisinin batması nəticəsində azı 50 nəfərin həlak olduğu bildirilir
İsrail ordusunun Suriyaya qarşı yeni hərbi əməliyyata başlaması ehtimalı var
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfərinin yekunlarına dair videoçarx paylaşılıb
Almaniyada işsiz şəxslərin ixtisasartırma və yenidənhazırlanma proqramlarına ayrılan dövlət vəsaiti 2023-cü illə müqayisədə 113 faiz artaraq 2026-cı ildə 4,12 milyard avroya çatıb
Bakının Ziya Bünyadov prospektindən Qələbə dairəsi istiqamətinə gedən tuneldə su borularında qəza baş verib
Goranboy rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən…
Nigeriyanın cənubundakı Bayelsa ştatında sərnişin gəmisinin batması nəticəsində azı 50 nəfərin həlak olduğu bildirilir. Lent.az “The Guardian”a istinadən…
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfərinin yekunlarına dair videoçarx paylaşılıb. Lent.az…
Bakının Ziya Bünyadov prospektindən Qələbə dairəsi istiqamətinə gedən tuneldə su borularında qəza baş verib. APA-ya istinadən, tunelin…
Bakıda kirayə mənzil bazarında bahalaşma davam edir. Qiymət artımı artıq təkcə paytaxtın müəyyən əraziləri ilə məhdudlaşmır, mənzil axtaranların qarşısında daha ciddi seçim və büdcə problemi yaradır. Azərbaycan Mərkəzi…
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts Rusiyanın Ukraynada gündəlik itkilərinin İkinci Dünya müharibəsi dövründəki göstəricilərə yaxınlaşdığını bildirib. UNIAN-a istinadən, diplomat bu barədə “Fox News”…
Böyük Britaniya və Ukrayna arasında müdafiə sahəsində yeni sazişlər bağlanıb. Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin qurumun rəhbəri Ues Stritinqin Kiyevə səfərinin yekunlarına dair məlumatında qeyd olunub…
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri noyabrın 21-də başa çatıb. Noi Bai Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım…
“Çelsi” müəyyən məbləğdə ziyana düşüb. London klubu azarkeşlərinin yolverilməz davranışlarına görə cərimələnib. İngiltərə Futbol Assosiasiyası (İFA) “Çelsi”ni 150 min funt sterlinq cərimələyib. Cəza İngiltərə kubokunun…
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfərinin yekunlarına dair videoçarx paylaşılıb. Sfera.az paylaşımı təqdim edir:
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri noyabrın 21-də başa çatıb. Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident…
Cari ilin oktyabr-noyabr aylarında Hörmüz boğazında və ətraf ərazilərdə gəmilərə hücumların sayı ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlamasından bəri ən yüksək səviyyəyə çatıb. Bu barədə ekspertlərə…
Türkiyənin cənubundakı Şanlıurfa şəhərinin Ceyranpınar rayonunda iki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb. "TRT Haber"ə istinadən, məlumatla əlaqədar hadisə yerinə səhiyyə…
Bakı, 21 noyabr, AZƏRTAC Oktyabrın 20-dən noyabrın 20-dək “Uşaq Hüquqları Aylığı” elan edilib. Aylıq çərçivəsində Sumqayıt Dövlət Dram Teatrında uşaqların hüquqlarının təbliği və bu sahədə maarifləndirmə işinin…
Пассажирское судно перевернулось и затонуло в штате Байелса на юге Нигерии, в результате чего погибли не менее 50 человек, сообщает The Guardian. Судно следовало по...
В официальных аккаунтах президента Азербайджана Ильхама Алиева в социальных сетях размещена публикация, посвященная его визиту в Социалистическую Республику Вьетнам.
В тоннеле на проспекте Зии Буниятова в Баку произошла авария на водопроводе. Со ссылкой на APA, в тоннеле, ведущем с проспекта Зии Буниятова в направлении круга Гялябя, из-за прорыва проходящих над ним водопроводных труб…
Испанский теннисист Карлос Алькарас победил американца Бена Шелтона в полуфинале Итогового турнира ATP - 3:6, 6:3, 7:6 (7:1). Со ссылкой на İdma, n.Biz, игра продолжалась 2 часа 1 минуту. Алькарас стал 12 эйсов, допустил…
Xüsusi nümayəndəlik
DİN
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfərinin yekunlarına dair videoçarx paylaşılıb.Metbuat.az paylaşımı təqdim edir:
Yasamal Rayon İcra Hakimiyyətində struktur dəyişiklikləri və yeni kadr təyinatları olub.
Noyabrın 21-də Fransada qiymətlərin artmasına qarşı keçirilən nümayişlərdə iştirak edənlərin ümumi sayı 82 min 500 nəfərə çatıb. Bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat...
İsrail ordusunun Suriyaya qarşı yeni hərbi əməliyyata başlaması ehtimalı var. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “TGRT Haber” telekanalının efirində bildirib. “İsrail...
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfərinin yekunlarına dair videoçarx paylaşılıb. Redaktor.az paylaşımı təqdim edir:
Bakının Ziya Bünyadov prospektindən Qələbə dairəsi istiqamətinə gedən tuneldə su borularında qəza baş verib.
ABŞ Prezidenti Donald Tramp dövlət borcunun yuxarı həddi ilə bağlı məsələnin həll edilməyəcəyi təqdirdə ölkənin müflis ola biləcəyi barədə xəbərdarlıq edib.