49 yaşlı kişi dəm qazından boğulub öldü

Qazaxda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Hadisə rayonun Kəmərli kəndində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Vüqar Məmmədov Kəmərli kəndində evdə dəm qazından boğularaq ölüb.

49 yaşlı kişinin meyiti müayinə olunmaq üçün “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsin rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.