Misirin İsgəndəriyyə şəhərində keçirilən paracüdo üzrə Qran-pri yarışında J1 kateqoriyası, +95 kq çəki dərəcəsində mübarizə aparan İlham Zəkiyev bürünc medal qazanıb.
Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Paracüdoçumuz 1/8 finalda britaniyalı Den İnqliş üzərində qələbə qazanıb, 1/4 finalda moldovalı İan Basoka məğlub olub.
Təsəlliverici görüşdə özbəkistanlı Ulmas Rayimovu üstələyən İlham Zəkiyev bürünc medal uğrunda qarşılaşmada qazaxıstanlı Baqlanbek Onalbekə qalib gəlib.