Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Idmançımız yarışın ikinci günündə K44 kateqoriyası üzrə 70 kq çəki dərəcəsində mübarizə aparıb.
Paralimpiya çempionumuz 1/8 finalda almaniyalı Kolja Qrabe, 1/4 finalda isə türkiyəli Yusuf Yunaçtını 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Həlledici mərhələyə vəsiqə uğrunda meksikalı Xuan Qarsiya ilə qarşılaşan Xəlilov rəqibinə məğlub olub və dünya çempionatının bürünc medalına sahib çıxıb.