Rəqəmsallaşma dövlət xidmətlərini vətəndaşın gündəlik həyatına daha yaxın edir, bürokratik prosedurları azaldır, insanı sənəd toplamaq, növbələrdə gözləmək və müxtəlif qurumlar arasında vaxt itirməkdən xilas edir.Bunu "Report"a açıqlamasında depuatat Tahir Mirkişili bildirib. Onun sözlərinə görə, rəqəmsal dövlətin əsas qazancı isə bütün bu dəyişikliklərin nəticəsində insana öz vaxtını geri qaytarmasıdır.T. Mirkişili hesab edir ki, Azərbaycanın BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində cəmi iki il ərzində 74-cü yerdən 38-ci pilləyə yüksəlməsi rəqəmsal dövlət quruculuğu sahəsində əldə olunan mühüm nailiyyətdir."36 pilləlik irəliləyiş ölkəmizin bu istiqamətdə həyata keçirdiyi işlərin beynəlxalq səviyyədə qiymətləndirilməsinin göstəricisidir. Xüsusilə diqqətçəkən məqam onlayn dövlət xidmətləri üzrə Azərbaycanın dünyada 11-ci yerə yüksəlməsidir. Bu göstərici üzrə ölkəmiz Böyük Britaniya, ABŞ və Kanada kimi dövlətləri qabaqlayıb. Söhbət konkret olaraq onlayn xidmətlər göstəricisindən gedir.Vətəndaş üçün bu uğurun mənası çox sadədir: bir sənədi almaq üçün işdən icazə götürməmək, saatlarla növbədə dayanmamaq, eyni məlumatı müxtəlif qurumlara təkrar təqdim etməmək. Vətəndaş dövlət xidmətindən telefon vasitəsilə bir neçə dəqiqəyə istifadə edə bilirsə, bunun arxasında həm texnoloji, həm də idarəetmə baxımından ciddi dəyişiklik dayanır. Rəqəmsal dövlətin dəyəri insanın gündəlik həyatında məhz belə hiss olunur". - deputat qeyd edib.O bildirib ki, rəqəmsallaşmanın iqtisadi baxımdan yaratdığı vaxt və xərc qənaəti də xüsusi əhəmiyyət daşıyır:"Minlərlə insanın sənəd toplamağa, yola və növbəyə sərf etdiyi saatların iqtisadi dəyəri var. Qənaət edilən vaxt işə, təhsilə, ailəyə və yeni ideyalara yönəlir. Sahibkar üçün isə daha sürətli xidmət daha az inzibati xərc, işini planlaşdırmaq və biznesini böyütmək üçün daha geniş imkan deməkdir. Bu baxımdan, rəqəmsallaşma iqtisadiyyatın məhsuldarlığını artıran mühüm vasitədir.Digər mühüm məsələ şəffaflıqdır. Müraciətin nə vaxt daxil olduğu, hansı mərhələdə olduğu və cavabın nə zaman verilməli olduğu sistemdə görünəndə məsuliyyət də artır. Aydın qaydalar və izlənilə bilən proseslər vətəndaşla dövlət arasında etimadı gücləndirir.Prezident İlham Əliyevin rəqəmsal inkişafı prioritet kimi müəyyənləşdirməsi çərçivəsində həyata keçirilən tədbirlər, xidmətlərin vahid platformalarda birləşdirilməsi və qurumlararası məlumat mübadiləsinin genişləndirilməsi bu irəliləyiş üçün mühüm zəmin yaradıb. "mygov", "digital.bridge" və sənəd dövriyyəsinin elektronlaşdırılması həmin dəyişikliklərin praktik alətləridir.İndi əsas vəzifə əldə olunan nəticəni hər bir insanın gündəlik rahatlığına çevirməkdir. Xidmətlər yaşlı vətəndaş üçün də, ucqar kənddə yaşayan insan üçün də sadə və əlçatan olmalıdır. Sistemlər bir-biri ilə əlaqəli işləməli, dövlətin artıq malik olduğu məlumat vətəndaşdan yenidən istənilməməlidir. Şəxsi məlumatların etibarlı qorunması da bu inkişafın ayrılmaz hissəsidir.Gələcək mərhələdə dövlət xidmətləri vətəndaşın ehtiyaclarını qabaqcadan nəzərə alacaq. Məsələn, uşaq dünyaya gələndə ailəyə aid xidmətlər və mümkün sosial dəstək barədə məlumat avtomatik təqdim oluna bilər. Vətəndaş hansı quruma müraciət etməli olduğunu axtarmaq əvəzinə, ona lazım olan xidməti vaxtında ala biləcək", - T. Mirkişili qeyd edib.
Bu gün
2073 xəbər bu gün
Təhsil sektorunda fəaliyyət göstərən bəzi məmurlar vəzifədən getdikdən sonra da bu sahədən uzaqlaşmayıblar. Onlar daha əvvəl təhsil siyasətinin formalaşmasında iştirakçı olsalar da, ardınca karyeralarını akademik…
Noyabrın 21-də Yeni Dehlidə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Sivilizasiyalararası Dialoq Forumu çərçivəsində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri Qacendra Sinq…
Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə noyabrın 19-da universitetin kollektivinə təqdim edilib. O, rektor vəzifəsinin icrasına başlayandan sonra heç bir əməkdaşın işdən azad olunması və ya təyinatı…
Müttəfiqlər Ukrayna üçün təhlükəsizlik zəmanətinin onun NATO-ya üzvlüyü olduğunu başa düşür. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə onlayn söhbət zamanı bildirib. "Şübhəsiz, bu hər iki tərəfi - həm…
Yeni Delhidə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Sivilizasiyalararası Dialoq Forumu çərçivəsində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri Qacendra Sinq Şekhavat ilə…
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi "Instagram" hesabında Vyetnam səfərindən paylaşım edib.
Bakı Dövlət Universiteti (BDU) kadr islahatı ilə bağlı məlumatlara aydınlıq gətirib. Bu barədə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi sosial şəbəkədə məlumat yayıb. Bildirilib ki, Bakı Dövlət…
"Süni intellekt alətləri şagirdlər üçün də fərdi öyrənmə imkanları yaradır". Bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Ayaz Abuşov IV “Maarifçi” tələbə-məzun forumunda təqdimatı zamanı deyib…
ABŞ-ın birinci xanımı Melaniya Tramp Miladdan (Qriqorian təqviminə görə 25 dekabrda qeyd olunur -red.) əvvəl Rusiya ilə Ukrayna arasında yeni atəşkəs razılaşmasının əldə olunacağını gözləyir. O, bu barədə "Fox News"a…
Deputat Vahid Əhmədov Azərbaycanda ərzaq qiymətlərinin yüksək olması səbəbindən maaşın yarısının ərzağa xərcləndiyini, gündəlik xırda ödənişlərin isə ailə büdcəsinə əlavə yük yaratdığını bildirib. Modern.az-a danışan…
Bakı Dövlət Universiteti (BDU) rektor Məleykə Abbaszadənin vəzifəsinin icrasına başladıqdan sonra işdən azad olunma və ya təyinatla bağlı hər hansı əmr imzalamadığını bildirib. Universitet açıqlamasında Məleykə…
Səbailin icra başçısı vaxtilə Nizami Kino Mərkəzinə rəhbərlik edib, Xəzərin başçısı bank filialının direktoru olub, Xətainin başçısı isə elə həmin rayonun icra hakimiyyətində müfəttişlikdən birinci müavinədək yüksəlib…
ABŞ-lı Deyrdre Kin hamiləliyinin 34-cü həftəsində Nyu-York marafonunda 42,195 kilometrlik məsafəni 4 saat 6 dəqiqə 55 saniyəyə qət edib. “Associated Press”ə istinadən, bu, 38 yaşlı Kinin hamiləlik dövründə tamamladığı…
2026-cı ilin son ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanları neçə günlük istirahətin gözlədiyi məlum olub.Ayın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunduğundan həmin tarixdə iş…
Bu barədə Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən bildirilib. AGF-nin ölkədə yarış sayının və idmançıların təcrübəsinin artırılması strategiyası çərçivəsində baş tutan turnirdə 2016-2017 və…
Dövlət büdcəsinin nəticələrə əsaslanan idarə olunması və fəaliyyət auditinin reallaşdırılması dövlət sektorundakı islahat prosesləri ilə uyğunlaşdırılmalı, bu alətlər dövlət vəsaitlərinin effektiv xərclənməsinə və…
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə (HHM) sistemləri Qeşm adası üzərində ABŞ-yə məxsus "MQ-1 Predator" pilotsuz uçuş aparatını məhv edib. Bu barədə "Al…
ABŞ-də aparılan yeni araşdırma gündəlik vərdişlərin insan sağlamlığına təsiri ilə bağlı maraqlı nəticələr ortaya qoyub. Türkiyənin “Habertürk” nəşrinə istinadən, Missuri Universitetinin alimləri yaşlı insanların yuxu…
Beynəlxalq təhlükəsizlik arxitekturasının çökdüyü və yenisinin hələ formalaşmadığı müasir dövrdə iqtisadi-ticari əlaqələrin və tranzit imkanlarının şaxələndirilməsi bütün ölkələr üçün müstəsna əhəmiyyət daşıyır. Qarabağ…
Prezident İlham Əliyevin sosial media hesablarında Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından verilən rəsmi nahar tədbirində çıxışından video paylaşılıb. Paylaşımda…
Главным драйвером стал автомобильный транспорт.
В Черниговской области украинские пограничники впервые уничтожили российскую малогабаритную крылатую ракету «Филин». Воздушную цель удалось поразить с помощью автоматизированного комплекса. Ракету обнаружила мобильная…
Biləsuvar rayonunda 6-cı "Hindquşu - Mətbəx Festivalı" təşkil olunub. Festivalda hindquşu ətindən hazırlanan təamlarla yanaşı, yerli kənd təsərrüfatı məhsulları, milli sənətkarlıq nümunələri və müxtəlif mədəni…
21 ноября на площади Гоша Гала в Баку состоялась церемония открытия фестиваля кялагаи.
İraqın cənubunda yerləşən Əl-Hartha elektrik stansiyasında baş verən güclü yanğın nəticəsində 4 nəfər həlak olub, 35 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Ölənlərin sayının artacağı istisna edilmir. AZƏRTAC xəbər…
Novruz Sulxayev
Tədqiqat gəmisi
Bakı, 21 noyabr, AZƏRTAC Yeni Dehlidə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Sivilizasiyalararası Dialoq Forumu çərçivəsində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri Qacendra…
Azərbaycan millisinin sabiq kapitanı Emin Mahmudovun milli karyerasını bitirməsinə ABŞ-nin Nyu-York şəhərində də diqqət çəkilib. Futbolçunun fotosu şəhərin simvollarından sayılan "Times" meydanındakı böyük reklam…
Prezident İlham Əliyevin sosial media hesablarında Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından verilən rəsmi nahar tədbirində çıxışından video paylaşılıb.
Noyabrın 15-dən etibarən Bakıda payız-qış istilik mövsümü rəsmi olaraq başlasa da, bəzi ərazilərdə problemlər var.
Gədəbəydə 6 yaşlı uşağı avtomobil vurub.
Ukraynanın NATO-ya üzv olub-olmayacağı məsələsi Rusiya-Ukrayna müharibəsinin necə başa çatacağından asılıdır. Hələlik bu barədə qəti fikir söyləmək tezdir. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski WhatsApp platforması…
Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə noyabrın 19-da universitetin kollektivinə təqdim olunub. BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən Redaktor.az-a bildirilib ki, Məleykə Abbaszadə…
Azərbaycanda məhkəməyə müraciət edən şəxslərin ödəməli olduğu dövlət rüsumunun məbləği iddianın dəyərindən asılı olaraq dəyişir. Kiçik məbləğli iddialar üçün 30 manat rüsum nəzərdə tutulduğu halda, böyük məbləğli…
Türkiyənin İstanbul şəhərinin Büyükçekmece rayonunda yaşadığı evin divarlarını şeirlərlə doldurması ilə gündəmə gələn Abdullah Gönen başına gələnləri danışıb.
Bakı Dövlət Universitetinin (BDU) prorektoru Fərda İmanov vəzifədən ötən gün azad edilməyib. Bu barədə universitetin mətbuat xidməti məlumat yayıb. O bildirib ki, Fərda İmanov bir il əvvəl vəzifəsindən azad edilib. Qeyd…
Noyabrın 20-də polis tərəfindən keçirilən tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə…
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfəri ilə bağlı video paylaşılıb. Paylaşımda deyilir: "Vyetnama səfərimin nəticələrindən çox məmnunam". I am very…
Rusiya ordusu Ukraynanın silahlı qüvvələrinin və hərbi-sənaye kompleksinin yüksəkvəzifəli rəsmilərinin, eləcə də əcnəbi nümayəndələrin toplantı yerini hədəfə alıb. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi (MN) məlumat…
Çinin şimal-qərbindəki Tsinxay əyalətinin Delinxa şəhərində 5,6 maqnitudalı zəlzələ baş verib. Bu barədə "Xinhua" agentliyi Çin Seysmoloji Şəbəkələr Mərkəzinin (CENC) məlumatına istinadən xəbər verir. Mərkəzin məlumatına…
Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) kəsintisiz güc mənbələri (UPS) üçün akkumulyatorların satın alınması ilə bağlı tender elan edib. Tenderdə iştirak haqqı 250 manatdır…
Ukrayna Prezidenti Volodimir Zelenski Krım körpüsünə endirilən zərbələri müdafiə edərək, bu infrastrukturun Ukrayna üçün tamamilə qanuni hərbi hədəf olduğunu bildirib.…