Elektrikli avtomobillər xərçəngə səbəb olur? - ARAŞDIRMA

Elektrikli avtomobillərin insan sağlamlığına mümkün təsirləri yenidən gündəmə gəlib.

Türkiyə mediasına istinadən, elektrikli avtomobillərdə aparılan ölçmələr zamanı müxtəlif səviyyələrdə elektromaqnit sahələri qeydə alınıb.

Araşdırmalara əsasən, bəzi nöqtələrdə qısamüddətli yüksək göstəricilər müşahidə edilsə də, mövcud elmi nəticələr elektrikli avtomobillərin xərçəngə səbəb olduğunu sübut etmir.

Mütəxəssislər bildirirlər ki, elektromaqnit sahələri yalnız elektrikli avtomobillərdə deyil, benzin və dizellə işləyən nəqliyyat vasitələrində də yaranır.