Qaçırılan 15 yaşlı qız tapıldı

Sabirabadda qaçırılan azyaşlı qız tapılıb.

“Qafqazinfo”ya istinadən, polis əməkdaşları onların kənd ərazisində gizləndikləri yeri müəyyən ediblər.

2011-ci il təvəllüdlü qız və 2009-cu il təvəllüdlü oğlan tapılaraq ailələrinə təhvil veriliblər.

Xatırladaq ki, azyaşlı qızın evlənmək məqsədilə qaçırılması barədə atası polisə müraciət etmişdi.

Araşdırma aparılır.