Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Azərbaycanın bir sıra bölgələrində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edib.
Xidmətdən bildirilib ki, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Göyçay, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Qobustan, Gəncə, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Ağdam, Ağcabədi, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Lerik və Yardımlıda qərb küləyi əsəcək.
Küləyin sürətinin saniyədə 13,9-20,7 metr olacağı gözlənilir.