Deputatdan nazirliklərə xəbərdarlıq: "Parlamentdə adlarını çəkəcəyəm"

"Mən parlamentdə Elm və Təhsil Nazirliyi haqqında danışmışdım. Təhsil nazirinə təkliflər vermişdim ki, İmişli rayon 1 saylı tam orta məktəbinə modul otaqlar göndərilsin. Çünki orada dəhşətli dərəcədə sıxlıq var. Üzərindən bir il keçsə də göndərilməyib. Həmçinin həmin məktəbin akt zalı sınıq stul, stol, şkafla doldurulub, zibilləri yığıblar ora. Direktorun da əlindən heç nə gəlmir. Nəhayət, mən o akt zalını təmizlətdirdim. Amma yenə də orada müəyyən şeylər qalır. Heyrətimə səbəb olan da odur ki, məktəbin akt zalı işləmirsə, hansı vətənpərvərlik tərbiyəsindən söhbət gedə bilər? Üstəlik, məktəbin səhnəsi də yer olmaması üzündən bufetə verilib".