Husilərə aid bu liman vuruldu

Səudiyyə Ərəbistanının döyüş təyyarələri Yəmənin Taiz şəhərində Qırmızı dəniz sahillərində yerləşən “Əl-Muxa” limanına zərbələr endirib.

Məlumatı Türkiyə mediası yayıb.

Bildirilib ki, eyni zamanda paytaxt Səna şəhəri də daxil olmaqla, Taiz və Səada şəhərlərində də husilərə məxsus hərbi hədəflər və ballistik raket imkanlarını məhv etmək üçün əməliyyatlar aparılıb.