Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyat vasitələri ilə 205 milyon 52,2 min ton yük daşınıb.
"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Məlumata görə, hesabat dövründə yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4% artıb.
Yük daşımalarının əsas hissəsi avtomobil nəqliyyatının payına düşüb. Belə ki, yanvar-oktyabr aylarında avtomobil nəqliyyatı ilə 130 milyon 387,6 min ton yük daşınıb ki, bu da illik müqayisədə 6,9% çoxdur.
Nəqliyyat sektorunda yük daşımaları (min ton):
2026-cı ilin yanvar- oktyabr aylarında · 2025-ci ilin müvafiq dövründə · 2025-ci ilin müvafiq dövrünə nisbətən, faizlə
Cəmi · 205 052,2 · 198 274,1 · 103,4
o cümlədən: Dəmir yolu · 15 613,1 · 13 907,6 · 112,3
Dəniz · 7 499,0 · 7 724,7 · 97,1
Hava · 319,7 · 322,0 · 99,3
Boru kəməri · 51 232,8 · 54 348,2 · 94,3
neft kəməri · 27 532,6 · 30 580,7 · 90,0
qaz kəməri · 23 700,2 · 23 767,5 · 99,7
Avtomobil · 130 387,6 · 121 971,6 · 106,9