Bakı, 21 noyabr, AZƏRTAC İndoneziyanın Maluku əyalətinin adaları yaxınlığında 6,8 bal gücündə zəlzələ qeydə alınıb.AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Dili şəhərindən (Şərqi Timor) 227 kilometr şimal-şərqdə, ocağı 144 kilometr dərinlikdə yerləşib.