Prezident İlham Əliyev: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq

Hanoy. Trend:

Azərbaycanla Vyetnam beynəlxalq strukturlar çərçivəsində də fəal əməkdaşlıq edirlər. BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda rəsmi naharda çıxışı zamanı səsləndirib.

“Vyetnamın hər zaman, xüsusilə də 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyinə və ədalətli mövqeyinə görə minnətdarıq”, - deyən dövlətimizin başçısı ölkələrimizin mədəni və humanitar əlaqələrinin də zəngin tarixinin olduğunu vurğulayıb.