Türkiyənin İstanbul şəhərindən Amasyaya cənazə daşıyan mikroavtobus aşıb.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Qeyd olunub ki, hadisə nəticəsində 31 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Əraziyə polis və jandarm qüvvələri, yanğınsöndürən briqadaları cəlb olunub.