8 bala yaxın dəhşətli zəlzələ İndoneziyanı silkələdi

İndoneziyanın şərqində yerləşən Molukk adalarında 7,2 maqnitudalı zəlzələ baş verib.

Bu barədə İndoneziya mediası ölkənin Meteorologiya, Klimatologiya və Geofizika Agentliyinə (BMKG) istinadən məlumat yayıb.

Sunami təhlükəsi elan edilməyib.

Zəlzələnin episentri Cənub-Qərbi Maluku dairəsindən 43 kilometr şimal-qərbdə, ocağı isə 125 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin fəsadlarının miqyası hələlik məlum deyil.