Bakı, 21 noyabr, AZƏRTAC Hindistanın paytaxtı Yeni Dehlidə Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində ilk Sivilizasiyalararası Dialoq Forumda mədəniyyət nazirlərinin və iştirakçı ölkələrin nümayəndələrinin iştirakı ilə açılış sessiyası keçirilib. Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, sessiyada mədəniyyət naziri Adil Kərimli çıxış edərək mədəniyyətlərarası dialoqun təşviqi, mədəni irsin qorunması və xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.Forumun əsas məqsədi ortaq sivilizasiya irsinin öyrənilməsi, xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi və mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsidir. 10:55 Noyabrın 20–22-də Hindistanın paytaxtı Yeni Dehlidə Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində ilk Sivilizasiyalararası Dialoq Forumu keçirilir. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti forumda iştirak edir. Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, forumun məqsədi ortaq sivilizasiya irsinin öyrənilməsi, xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi və mədəniyyətlərarası əməkdaşlığın təşviqidir. Proqramda Hindistanın Baş naziri Narendra Modinin açılış çıxışı, mədəniyyət təqdimatları, sərgilər və tematik müzakirələr yer alır.