Xalq rəssamının oğlu evində ölü tapılıb

Xalq rəssamı Cahangir Rüstəmovun oğlu Elşad Rüstəmov Bakının Yasamal rayonunda yaşadığı mənzildə ölü tapılıb.

1960-cı il təvəllüdlü Elşad Rüstəmovun meyiti noyabrın 19-da saat 12 radələrində İnşaatçılar prospektində yerləşən mənzilində aşkarlanıb.

Meyitin üzərində zorakılıq əlamətləri müəyyən edilməyib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.