Gəncədə tanınmış riyaziyyatçı alim vəfat edib

Oxu.az-a istinadən, Gəncə Dövlət Universitetinin təqaüddə olan dosenti, 1937-ci il təvəllüdlü Üzeyir Əfəndiyev dünyasını dəyişib.

Ü.Əfəndiyev Gəncədə 1 saylı qəbiristanlıqda dəfn olunacaq.

Qeyd edək ki, mərhum 1973-cü ildən Gəncə Dövlət Universitetində assistent və dosent vəzifələrində çalışıb. Dövlət başçısının sərəncamına əsasən, "Tərəqqi" medalı ilə təltif olunub.